Bakıda şagird DAM UÇQUNUNUN ALTINDAN ÇIXARILDI

Bakı şəhərində məktəbli dam uçqununun altında qalıb. Sabunçu Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Muxtarov qəsəbəsi, Bağırov küçəsində qeydə alınıb. Qəsəbə ərazisində fərdi yaşayış evinin dam örtüyünün uçması nəticəsində 1997-ci il təvəllüdlü Elton Musa oğlu Həsənov xəsarət alıb. Xilsaedicilər  xüsusi alətlərdən istifadə edərək zərərçəkəni uçqun altından çıxarıblar.

 

FHN -dən verilən məlumata görə, zərərçəkən Həsənov cıddi xəsarət almayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.  

 

Müəllif | Apa.Tv