Şirvanda qəza: iki sürücü yaralandı
Şirvanda baş verən avtoqəzada iki sürücü yaralanıb, avtomobillərə ciddi ziyan dəyib. Bu barədə APA TV-nin Mil-Muğan bürosuna Şirvan şəhər Polis Şöbəsindən verilən məlumata görə, bu gün günorta radələrində Şirvan şəhəri H.Əliyev prospektində Şirvan şəhər sakini 1985-ci il təvəllüdlü Əzimov Əliyusuf Elşad oğlunun idarə etdiyi VAZ 2121 markalı 99 GP 069 dövlət nömrə nişanlı avtomobil 1955-ci il təvəllüdlü Şirəliyev Rasim Ağasadıq oğlunun idarə etdiyi “Mitsubishi” Pajero markalı 10 FC 020 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Avtomobillərə ciddi ziyan dəyib. Hər iki sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb VAZ 2121 markalı avtomobilin Mitsubishi markalı avtomobilin qarşısında qəfildən saxlaması olub.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.