Qadınların dəhşətli kabusu - HƏKİM MƏSLƏHƏTİ

Statistika göstərir ki, 100 qadından 10-da tüklənmə problemi var. Bu tüklənmələr xoşxassəli olsa da bəziləri sonralar ciddi fəsadlar ortaya çıxarır. Həkim-ginekoloq  Məhəmməd Qəmbərov APA TV-yə deyib ki, bunun bir çox səbəbi var. Ən başlıca səbəbi isə qida rejiminin pozulmasıdır. İlk növbədə tüklənmə ilə bağlı müraciət edənləri mütləq şəkildə  müayinə etmək, səbəbi tapmaq lazımdır. Bu tip insanlarda əvvələr keçirmiş olduqları xəstəliklər, üz görünüşü, çəki vacib faktorlardır. Həkim deyir ki, ginekoloji xəstəliklərlə bağlı da qadınlar tüklənmə problemi ilə rastlaşırlar. Bu zamanın qadının yumurtalığında çoxlu sayda kistalar olur və bu xəstəlik həmçinin artıq çəki problemi şəklində də özünü göstərir. Belə xəstələr ilk olaraq endokrinoloji müayinədən keçirilir və yumurtalıqların ultrasəs müayinəsi aparılır. Tüklənmə bütün qadınlarda ola bilər. Ən çox qorxulu olan isə  kişi kimi tüklənmədir. Bu, daha çox yanaqlarda, bığ nahiyəsində, çənədə, süd vəzilərinin arasında, bel hissədə, göbəyin ətrafında özünü göstərir. həkim bildirdi ki, kişi testesteron hormonuna mütləq baxmaq lazımdır və qarşımıza çıxan səbəbi tapdıqdan sonra ona uyğun müalicə ən düzgün vasitələrdən biridir. Bir də endekirinoloji səbəblərdən biri böyrək üstü vəzinin hormonunun artmağı da tüklənməyə səbəb olan parametrlərdən biridir. Həkimin sözlərinə görə, tüklənmə ilə bağlı müraciət edən insanlarda, eyni vaxta daha çox aybaşı pozğunluğu kimi şikayətlər olur. Bu, elə xəstəlikdir ki, çəki artdıqca problemlər də çoxalmağa başlayır. Ən önəmli vasitələrindən biri isə artıq kilonu atmaqdır. Xəstələr arıqladıqca həm aybaşı pozğunluğu aradan qalxır, həm də tüklənmə azalır. Xəstə biz təyin etdiyimiz dərman pereparatlarına tabe olmursa, mexaniki üsuldan istifadə etməyi tövsiyyə edirik. Həkim vurğuladı ki, bəzi insanlar olur ki, bu hal onlarda irsi  olur. Araşdırdıqda heç bir hormonal problem, köklük yoxdur, yumurtalıqları normaldır. Bu xəstələrə ən çox məsləhətimiz mexaniki vasitələrdən  istifadə etməkdir. Həkimin dediyi mexaniki üsullardan istifadə edən nə qədər insan var?

 

Bu sahənin mütəxəsissləri deyirlər ki, müraciət edənlərin sayı kifayət qədərdir. Lazer epilyasiyası ilə məşğul olan Xəyalə Şeydayev gün ərzində 30-40 nəfərin gəldiyini deyir.

 

Xəstələr daha çox üz nayihəsi, qol, ayaq, qol altı tüklənməsi ilə müraciət edir. Lazer epilyasiya ən çox qara və cod tüklərə yaxşı təsir edir. Ən tez çıxan nayihə üz nayihəsidir.

 

Müsahibim bildirir ki, 12 yaşdan yuxarı insanlara lazer epilyasiyası etmək olar. Epilyasiyanın müxtəlif xəstəliklər yaratdığı barədə deyilənlər isə doğru deyil. Müxtəlif xəstəlikləri olan insanlara lazer edilmir. İndiki vaxtda hər şey şüadır, televizor da, telefon da. Bəzi xəstəliklər var ki, onlara lazer epilyasiyası etmək olmaz. Onu da biz soruşuruq. Hormonlarında problemi olanların mütəxəssisə müraciət etməyini istəyirik. Şiş xəstəlikləridir, mastopatiyası olan xəstələrdir ki, onlara lazer epilyasiyası tətbiq etmək olmaz. Mütəxəssis bu sahəni yaxşı bilməsə, lazer dəridə ciddi fəsadlar verə bilər.

 

Həkim bildirdi ki, ən ağır fəsad ancaq yanıq ola bilər. Dərinin  düzgün enerjisini seçmədikdə yanıqla nəticələnir. Dərinin rəngini düzgün seçmək lazımdır. Belə müraciətlər daha çox yay aylarında rast gəlinir. Günəş qaraldan dəridə lazer tətbiq etmək olmaz. Bir seansın vaxtına gəlincə isə üzdə 15 dəqiqə, ayaqlarda bir saat, qollarda 30 dəqiqə, bütün bədəndə 2 saata yaxın çəkir.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova