Gəncədə TANIŞI 20 YAŞLI QIZI KÜÇƏDƏ QƏTLƏ YETİRDİ

Fevralın 8-də Gəncə şəhərində gənc qızı tanışı bıçaqlayaraq, qətlə yetirilib. Hadisə şəhərin mərkəzində yerləşən "Tac" çay evində qeydə alınıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, 20 yaşlı Əzimi Aytac Kəramət qızı 8 bıçaq yarası ilə ağır vəziyyətdə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Dərhal əməliyyat edilən gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirdiyinə görə dünyasını dəyişib. İlkin araşdırma zamanı məlum olub ki, A. Əzimi tanışı Rüfət adlı oğlanla "Tac" çay evində çay içib, oradan çıxdıqdan sonra isə Rüfət əlindəki bıçaqla qızı bıçaqlayıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli