"Dördyol"da MAŞIN AŞDI

Şəkinin Kosalı kəndi ərazisində avtoqəza baş verib. APA TV-nin məlumatına görə, rayon sakini Vəfadar Həsənov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə “Dördyol” deyilən əraziyə doğru hərəkətdə olarkən, avtomobili yolun kənarındakı dərəyə aşırıb. Qəza nəticəsində avtomobilin sürücüsü Vəfadar Həsənov xəsarət almasa da, iki sərnişin - Şəki rayon sakinləri, 23 yaşlı Salmanova Gülgəz Habil qızı və 25 yaşlı Həsənova Nərmin Ağaəli qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

 

Şəki Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə  verilən məlumata görə, qəza nəticəsində xəsarət alan GülgƏz Salmanovanın və Nərmin Həsənovanın vəziyyəti orta-ağır hesab olunur, müalicələri xəstəxanada davam etdirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Vüqar Heydərov