Suriya müxalifəti BOMBARDMAN EDİLDİ
Suriya ordusuna məxsus helikopterin Hələbdə müxalifətin nəzarətində olan məhəllələrə hücumu nəticəsində 23 nəfər ölüb. Suriya yerli koordinasiya komitəsi helikopterin Mesekin Hananu bölgəsinə 5 bomba atdığını, hücum nəticəsində ölənlərin arasında qadın və uşaqların da olduğunu açıqlayıb. Onlarla adamın yaralandığı bildirilir.
Hücum nəticəsində onlarla evin dağıldığı, dağıntılar altında qalan yaralıların və cəsədlərin yerli sakinlər tərəfindən çıxarıldığı iddia edilir.
Homs şəhərində isə silahlılar humanitar yardım karvanını atəşə tutulub, nəticədə “Qızıl Aypara” təşkilatının azı 4 əməkdaşı xəsarət alıb. İnsidentin təfərrüatları barədə məlumat verilmir.
Humanitar yardımın Homs şəhərinə çatdırılması hakimiyyət və müxalifət arasında əldə olunmuş üçgünlük atəşkəs haqqında razılaşmada nəzərdə tutulub. Hakimiyyət və müxalifət bir-birini atəşkəsin pozmaqda günahlandırır.