İSTANBUL YENƏ QARIŞDI

Türkiyənin İstanbul şəhərindəki Taksim meydanı növbəti toqquşmaların mərkəzinə çevrilib. APA TV-nin məlumatlna görə, internetlə bağlı məhdudiyyətlərə etiraz edən və polisin xəbərdarlıqlarına məhəl qoymayan qrupla asayiş keşikçiləri arasında qarşıdurma yaranıb. Sosial şəbəkələrdəki çağırışlardan sonra İstiqlal prospektinin girişində toplaşan qrup Taksim meydanına yürüş etmək istəyib. Onların qısa məsafədə yürüş etməsinə və mətbuat üçün açıqlama verməsinə şərait yaradılıb. Lakin nümayişçilər Taksim meydanına qədər irəliləməkdə israr ediblər. Polis əməkdaşları yürüşün icazəsiz olduğunu elan edib və aksiya iştirakçılarını dağılışmağa çağırıb. Xəbərdarlığa məhəl qoyulmadığından, polis qüvvələri su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər isə asayiş keşikçilərinə şüşə qablar və fişənglər atıblar.

İnternetlə bağlı yeni qaydalara paytaxt Ankarada da etiraz edilib. Burada polislə heç bir toqquşma qeydə alınmayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə geniş müzakirə mövzusuna çevrilmiş yeni qaydalarla bağlı bəzi məqamlara aydınlıq gətirib. Onun sözlərinə görə, indiyədək Türkiyədə internet saytları ilə bağlı vəziyyət vətəndaşların hüquqlarını pozurdu

Baş nazir bəyan edib ki, yeni qaydalar internetdə senzura demək deyil:

 

 

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə hökuməti şəxsi həyatın qorunması, insanların hüquqlarının müdafiəsi üçün lazım olan bütün addımları atacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv