İRAN GƏMİLƏRİ AMERİKAYA DOĞRU

İranın Hərbi-Dəniz Qüvvələrinin komandanlığı hərbi gəmilərinin ABŞ-ın dəniz sərhədlərinə yola düşdüyünü elan edib. APA-nın verdiyi xəbərə görə, bu barədə İranın FARS xəbər agentliyi məlumat yayıb. “İranın Hərbi-Dəniz Qüvvələrinə məxsus döyüş gəmiləri ABŞ-ın dəniz sərhədlərinə yaxınlaşmaqdadır və bu manevr Amerika üçün bir ismarıcdır”,  deyə ötən gün İranın şimal hərbi donanmasının komandanı admiral Afşin Rezayi Həddad bildirib. Onun sözlərinə görə, gəmilər Cənubi Afrika yaxınlığından üzüb keçərək  Atlantik okeana doğru üz tutacaq. İran bu addımı ABŞ hərbi gəmilərinin Fars körfəzinə daxil olmasına etiraz əlaməti olaraq atdığı bildirilir.  

Müəllif | Apa.Tv
Almaz Qasımova