Meyvəyə xeyir edir, bəs insana?

Qarlı və şaxtalı hava Qubada kənd sakinlərinin  ürəyincədir. Təsərrüfatçılar belə havanın istər bağçılıq, istərsə də əkinçiliyə ancaq müsbət təsiri olacağını deyirlər. Hazırda Qubanın alma bağlarında budama prosesinin əsl vaxtıdır. Bağbanların sözlərinə görə, bu iş marta kimi yekunlaşmalıdır. Şaxtalı hava ilk növbədə torpaqda və ağaclarda olan ziyanvericiləri məhv edir. Bu da fermerlərin yazda zərərvericilərə qarşı dərman preparatlarından az istifadə etməsi deməkdir. Mütəxəssislər bildirir ki, soyuqların mart ayının ortalarına kimi davam etməsi kənd təsərrüfatına ziyan vurmayacaq. Quba Regional Hidrometeorologiya müəssisəsinin proqnozları regionda şaxtalı hava şəraitinin hələ  davam edəcəyini bildirir.

Müəllif | Apa.Tv
Vəli Turan