Ziyarətdə yanğin: 15 ÖLÜ

Səudiyyə Ərəbistanının Mədinə şəhərində oteldə güclü yanğın baş verib. Nəticədə 15 nəfər ölüb, 130 insan xəsarət alıb. Ölənlərin hamısı Səudiyyə Ərəbistanına ümrə həccinə gələn zəvvarlardır.

Ölənlərin hamısı və yaralıların əksəriyyəti Misir vətəndaşlarıdır. Xəsarət alanların çoxunun vəziyyəti ağırdır. Yerli saatla 14.30-da baş verən yanğın yalnız saat 17:00-də söndürülüb. Türk mətbuatı oteldə 15-ə qədər Türkiyə vətəndaşının olduğunu yazır. 

Müəllif | Apa.Tv