Sultanın nəvələrindən iddia: İSTANBULUN YARISI BİZİMDİR
Osmanlı imperatorluğunun 34-cü sultanı Əbdülhəmidin nəsli İstanbulda böyük bir ərazinin ulu babalarına aid olması barədə iddia qaldırıblar. Sultana aid olması iddia edilən onlarla mülk və ərazinun ümumi dəyəri isə milyard dollarla ölçülür. İlk olaraq miras üçün 2010-cu ildə qohumluğun sübuta yetirilməsi ilə bağlı məhkəmə işi açılıb. Osmanlı imperiyası arxivindən çıxan sənədlərlə Türkiyə, Livan, Suriya, İngiltərə və Meksikada yaşayan 250-yə yaxın şəxs varis kimi siyahıya salınıb. Bu varislərin təsdiq edilməsi ilə bağlı məhkəmə prosesi martın 27-də olacaq. Əgər bu iddia təmin edilərsə, mirasla bağlı məhkəmə prosesi başlanacaq. Ərizəçilərin vəkillik işini həyata keçirən Meral Akkuş və Mehmet Erkan Akkuş ərazilərin iddiaçıları qaytarılmasının mümkün olmadığını ona görə də bunun qarşılığını pul şəklində tələb etdiklərini bildirirlər. Əgər iddia təmin olunmasa, iş Avropa İnsan Haqları Məhkəməsinə göndəriləcək.
Vəkillərin dediyinə görə, Sultan Əbdülhəmidin 1918-ci ildə vəfat edib, onun var-dövləti isə 1924-cü ildə milliləşdirilib. Əgər bu milliləşdirmə cümhuriyyət elan olunmazdan öncə həyata keçirləsəydi, varislər haqlarını tələb edə bilməzdilər.
Beləliklə, iddia edilən mülklərin bəziləri bunlardır.
Qalatasaray adası
- Sultanhamamdakı İzmirli Hanı
İstanbul Gedikpaşadakı teatr ərazisi
Eyüp Kopçageçidindəki 2,1 hektar tarla
Eyüpdə 1,8 hektar Bahariyə ərazisi
Kağıthanedə 2 hektar ərazi
Bakırköydə 7 hektart ətazi
Bakırköydə Veliefendi çəmənliyi
Dolmabaxçada 3 hektar bostan
Beşiktaş Serencebeydə 0,2 hektar bağ
İhlamurda 0,3 hektar torpaq
İstanbul Horhor Saray və 05, hektar torpaq
Arnavutköy Akıntı Burnunda kazino
Ortaköydə Dalyan məhəlləsi və Ali Saip Paşa Yalısı
Paşabahçe İrcirli kəndində 4 hektar ərazi və şüşə fabriki
Beykozda 4 hektar bostan, üç baxça, 6 tarla, 2 çəmənlik, 3 torpaq ərazisi, 1 bağ, 1 dükan və Tokat və Yalnız Servi fermaları.
Beykozda Abraham Paşadan alınan 3,8 hektar ərazi
Şişlidə İzzet Paşa ferması
Çatalca və Çekmecedə, Filifos Kaparya, Safra, Kılıçali Sağır, Silivri, Bosna, Sazlı Bosna, Haraççı, Papas Bergos, İzzettin, Tozalak və Yahya Bey fermaları
Xatırladaq ki, buna bənzər hadisə yunan kralı Venizelosla da bağlı baş vermişdi. Onun mülkü milliləşdirildikdən sonra varisləri miras tələbi ilə çıxış etdilər. Yunan hökuməti bu iddianı təmin etmədikdə iş Avropa İnsan Haqları Məhkəməsinə göndərildi və 18 milyon dollarlıq iddia təmin edildi. Nəticədə varislər bu pulu Yunan hökumətindən aldılar.