Dəmiryolu keçidləri ilə bağlı açıqlama
Ölkədə qatar yollarında baş verən qəzalara səbəb daha çox dəmir yolu ilə avtomobil yolunun kəsişməsində olan keçidlərdə vaqonların və avtomobillərin toqquşmasıdır. Bu da çox vaxt qorunmayan keçidlərdə baş verir. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Qurban Nəzirov deyib:
"Dövlət Proqramı çərçivəsində ilk növbədə Bakıdan Böyük Kəsik stansiyasına qədər olan dəmir yolu keçidlərinin yenidən qurulmasını planlaşdırılır. Sözü gedən istiqamətdə 86-ya yaxın belə dəmir yolu keçidləri var. Bu addımlar avtomobillərlə qatarların toqquşmasının qarşısını almaq üçün atılır".
Bu günlərdə Xaçmazda dəmir yolu ilə avtomobil yolunun kəsişməsində avtomobillə qatarın toqquşmasına aydınlıq gətirən Qurban Nəzirov deyir ki, baş verən hadisədə dəmir yolunun heç bir günahı yoxdur: "Avtomobil vasitələrinin sürücüləri daha diqqətli olsaydı, belə bir hadisə baş verməzdi. Dəmir yolunda olan işarələrdən daha dəqiq və düzgün istifadə edilməlidi. Əks halda isə görülən tədbirlər nəticəsiz qalır".