Gəncədə ev yanıb

Gəncədə İsax Cəfərov küçəsindəki mənzildə yanğın hadisəsi baş verib. İlkin ehtimala görə, yanğına elektrik xəttinə qoşulmuş soyuducunun uzun müddət işlək qalması səbəb olub.  Mənzil sahibi evdə olmadığından yanğınsöndürənlər içəri eyvandan daxil olublar. Qonşular mənzildə uzun müddətdir yaşayışın olmadığını deyirlər. Hazırda ev sahibləri Rusiyadadır. 4 yanğınsöndürən maşının müdaxiləsindən sonra yanğın söndürülüb və qonşu mənzillərə keçməsinin qarşısı alınıb. 

Müəllif | Apa.Tv
Azər Məmmədli