Boliviyada sel fəlakəti: 40 ÖLÜ
Boliviyada sel fəlakəti nəticəsində ölənlərin sayı 40-a çatıb. Ölkənin Riberalta əyalətində evlər su altında qalıb. Boliviya müdafiə nazirliyi əyalətə qida yardımının çatdırılması ilə bağlı problemlərlə üzləşib. Ribertalta əyalətində yaşayanlar mərhələli şəkildə, helikopterlər vasitəsi ilə evakuasiya olunublar. Əhali paytaxt La Pazda salınan çadır düşərgələrinə yerləşdirilib. Ölkənin səhiyyə nazirliyi isə əhali arasında yoluxucu xəstəliklərin yayılması ilə bağlı məlumat yayıb.