AVSTRALİYA YANIR

Avstraliyada yenidən meşə yanğınları başlayıb. Cənubi Avstraliya və Viktoriya ştatında yanğınların sahəsi daha geniş ərazini əhatə edib. Məlumata görə, bu son 5 ildə baş verən ən böyük yanğındır. Vəziyyətlə əlaqədar yaşayış üçün təhlükəli olan bölgələrə yanğınsöndürənlər cəlb olunublar.

Yanğına səbəb kimi isə yüksək temperatur göstərilir. Belə ki, meteoroloqlar temperaturun 40 dərəcəyə çatacağını proqnozlaşdırıblar.

Müəllif | Apa.Tv
Apa.tv