Ağstafada faciə: ƏR-ARVAD QƏZADA ÖLDÜ

Bakı-Qazax magistral yolunun Ağstafa rayon mərkəzindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi  baş verib. Nəticədə ər və arvad ölüb. Bu barədə APA TV-yə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Rayonun Dağ Kəsəmən kənd sakini, 36 yaşlı Kamil Əliyev idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən, maşını yolun kənarında dayanan yük avtomobilinə çırpıb. Nəticədə sürücü Kamil Əliyev və onun həyat yoldaşı Mənzərə Əliyeva aldıqları xəsarətdən hadisə yerində keçiniblər. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli