Yaxın günlərdə HAVA NECƏ OLACAQ? - PROQNOZ
Yaxın üç gündə ölkədə havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir. Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Baş hidroloq Asif Verdiyev APA TV-yə deyib ki, Bakıda mülayim cənub və şimal-qərb küləyi əsəcək. Günorta saatlarında havanın temperaturunun 9 dərəcəyədək isti olacağı gözlənilir.
Bölgələrdə də əsasən, yağmursuz hava şəraiti müşahidə olunacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir, şərq küləyi əsəcək: "Aran rayonlarında günorta saatlarında 6-11 dərəcə, isti dağlıq rayonlarda isə 3-8 dərəcə isti gözlənilir".
Yaxın üç gündə metroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.