Çin Kommunist Partiyasının nümayəndə heyəti Bakıda

"Çin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib".

 

APA TV xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin nümayəndə heyəti ilə görüşdə Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib. Əli Əhmədov bildirib ki, səfər iki partiya arasında əlaqələrin inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir:

 

"Azərbaycanla Çin arasında ikitərəfli dostluq münasibətləri mövcuddur. Bu münasibətlərin formalaşmasına iki ölkənin hakim partiyaların arasındakı münasibətlər özünün müsbət təsirini göstəririr. Bizim aramızda baş tutan bu söhbətdə Çin Azərbaycan münasibətləri haqqında ətraflı fikir mübadiləsi aparılıb".

 

Nümayəndə heyətinin rəhbəri, Çin Kommunist Partiyası Mərkəzi Komitənin beynəlxalq əlaqələr şöbəsinin ikinci katibi Çjoy Li bildirib ki, bu cür qarşılıqlı səfərlər davam edəcək və iki partiya arasında əlaqələrin daha da inkişaf etdirilməsinə səbəb olacaq.

 

Görüşün davamı mətbuata qapalı olub.

Müəllif | Apa.Tv