Həbsdə olan nazir övladları və RZA ZƏRRABLA BAĞLI MÜHÜM QƏRAR
İstanbul Cümhuriyyət Başprokurorluğu "17 dekabr əməliyyatı"nın istintaqı zamanı şübhəlilərin ölkədən xaricə getmə qadağalarını və əmlaklarına qoyulan həbs qərarını tamamilə aradan qaldırıb. Bu barədə istintaqı aparan prokuror Əkrəm Aydınər bildirib. Aydınərin sözlərinə görə, təqsirləndirilən şəxslərin bu cinayətləri törətdiklərinə dair dəlillər onların cinayət işində mövcud deyil. Həmçinin, məhkəmə nəzarət tədbirlərinin həyata keçirilməsi üçün də səbəb yoxdur.
APA TV-nin xəbərinə görə, prokuror Aydınər, həmçinin həbs edilməyən şübhəlilərə məxsus istintaq zamanı götürülmüş telefonların şəxsən qaytarılması üçün məhkəmə əmanət bürosuna təlimat verib. Bundan sonra, başda iş adamı Əli Ağaoğlu olmaqla, bir çox şübhəli telefonlarını götürüb.
"17 dekabr əməliyyatı" nəticəsində aralarında keçmiş daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, "Xalqbank"ın keçmiş müdiri Süleyman Aslan, iş adamı Rza Zərrabın da yer aldığı 11 nəfər həbs edilib, 80 nəfər isə şübhəli qismində dindirilir.