Gəncədə ANA VƏ QIZINI EVİNDƏ BIÇAQLADILAR

Gəncədə ana ilə qızını naməlum şəxslər bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Atatürk prospekti bina 265, mənzil 30-da ünvanında baş verib. Naməlum şəxs və ya şəxslər evə girərək 58 yaşlı Kəmalə Mehdiyevaya 5 bıçaq, onun qızı, 33 yaşlı Şəmsiyənur Mehdiyevaya isə 20 bıçaq zərbəsi vurublar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir. Cinayətin motivi və kim tərəfindən törədildiyi hələlik, məlum deyil.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli