Buzadırmanma üzrə Azərbaycan çempionatı yekunlaşdı
Qusar rayonunda buzadırmanma üzrə açıq Azərbaycan çempionatı yekunlaşıb. Rayonun Ləzə kəndi yaxınlığında keçirilən buzadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib. Sürət mərhələsində oğlanlar arasında I yeri Qalib Şıxrəhimov, II yeri Ramel Rəhimxanov, III yeri isə Ramay Rəhimxanov qazanıb. Qızlar arasında Leyla Əliyeva çətinlik mərhələsində olduğu kimi sürət mərhələsinin də qalib gələrək, birinci pilləyə yüksəlib. Gülnar Pirəliyeva II, Reyhan Məmmədova isə III yeri qazanıb.
Yarış Gənclər və İdman Nazirliyinin, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilib. Ümumilikdə yarışa 12 klubu təmsil edən 50-dən artıq idmançı qatılılıb. Bu idmançılardan 16-sı final mərhələsinə vəsiqə qazanıb.
APA TV-nin xəbərinə görə, final mərhələsinə keçən idmançılar Rusiyanın Ufa şəhərində keçiriləcək dünya kuboku uğrunda yarışılara vəsiqə qazanıblar.