Gəncədə partlayış: qadın ağır yaralandı
Gəncədə yaşayış evində baş verən partlayışda bir nəfər yanıb. Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə səhər saatlarında şəhərin Yeni Gəncə qəsəbəsində Ruslan Hüseynova məxsus evdə baş verib. Ev sahibinin həyat yoldaşı, 42 yaşlı Qərənfil Hüseynova qaz sobasını yandırmaq istəyərkən partlayış olub. Qərənfil Hüseynova 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.