Bakıda İNKASSATOR MAŞINI AŞDI, XƏZİNƏDAR ÖLDÜ
Azərbaycanda inkassator avtomobili qəzaya uğrayıb. Hadisə Bakı-Qazax yolunun Səngəçal qəsəbəsindən keçən hissəsində qeydə alınıb. APA TV-nin xəbərinə görə, “Kapitalbank”a məxsus inkassator maşını yoldan çıxaraq aşıb. Nəticədə avtomobildə olan şəxslərdən biri ölüb, digəri isə ağır yaralanıb. Qəza nəticəsində ölən şəxs xəzinədar Cavad Bədəlovdur. Avtomobilin sürücüsü Emil Ağarzayev isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qəzaya düşən inkassator avtomobilində olan pullara ziyan dəyməyib. Həmin pullar “Kapitalbank”ın başqa bir inkassator maşını ilə mənzil başına çatdırılıb.