Suriyaya döyüşçü APARAN VƏHHABİ ÖLDÜRÜLDÜ

Suriyada "Belçika üçün şəriət" qruplaşmasının lideri öldürülüb. APA TV Belçikanın "De Morge" qəzetinə istinadən xəbər verir ki, belçikalı radikal islamçı Feysəl Yamun ötən bazar günü Suriyadakı döyüşlərdə ölüb. Radikal islamçının yaxınlarının sosial şəbəkələrdə yazdıqları statuslarda bildiriblər ki, müdafiə olunduqları zaman tankdan açılan atəş nəticəsində ölümcül yaralanıb. Aldığı xəsarətdən ölüb.

 

Yamun "Belçika üçün şəriət" hərakatının yaradıcısı kimi tanınıb. Onun məqsədi Belçika Krallığını islam əmirliyinə çevirmək olub. Öldürülən şəxs Belçikada Suriyaya aparmaq üçün könüllülər toplayıb. Onların içində Belçikada islamı qəbul etmiş xristian gənclərin də olduğu bildirilir. Feysəl Yamun bir müddət Belçikada müsəlmanları dünyanın müxtəlif nöqtələrindəki müharibələrdə iştirak etmək üçün toplayan, hazırda isə həbsdə yatan belçikalı islamçı Fuad Belqasimlə də yaxınlıq edib. Belçikanın hüquq-mühafizə orqanları Suriyadakı vətəndaş müharibəsində artıq 20 nəfər ölkə vətəndaşının öldüyünü bildirir. Bir müddət öncə isə Suriyada ilk dəfə Böyük Britaniya vətəndaşı ölüb. O, terrorçu-kamikadze  olub. Avropa ölkələrindən olan silahlı qruplaşmanın üzvlərinin dəqiq sayı məlum deyil. Amma xüsusi xidmət orqanları onların sayının 100-lərlə olduğu deyirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv