Azərbaycanda 5,8 BAL ZƏLZƏLƏ: İNSANLAR TƏŞVİŞƏ DÜŞDÜ
Azərbaycan ərazisində zəlzələ olub. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən məlumata görə, zəlzələ fevralın 10-da saat 16:06-da Saatlıdan 41 km şimal-şərqdə - Hacıqabul ərazisində qeydə alınıb.
30 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.70 olub.
Qeyd edək ki, yeraltı təkanlar paytaxt Bakıda və ölkənin digər ərazilərində hiss olunub. Bəzi yerlərdə çoxmərtəbəli binaların sakinləri təşvişə düşərək, evlərindən çıxıblar.
Tikintilərdə dağıntı və itki barədə məlumat yoxdur.
APA TV