Yasamalda GÜCLÜ YANĞIN: SAKİNLƏR BİNADAN ÇIXARILDI

Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub. APA TV-nin məlumatına görə, hadisə Dadaş Bünyadzadə küçəsindəki, 11 D saylı binada baş verib. Hadisə yerinə FNH Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Binanın sakinləri təxliyə ediliblər.

 

Sakinlər bildiriblər ki, yanğından əvvəl partlayış səsi eşidiblər.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri və pilləkən qəfəslərində 72 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 30 nəfər sakini təxliyə edilib. Kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv