Sərxoş sürücü BAKIDA ZƏNCİRVARİ QƏZA TÖRƏTDİ
Ötən gecə sərxoş sürücü Bakıda zəncirvari qəza törədib. Hadisə paytaxtın Səbail rayonunda, Salyan şossesinin 4-cü kilometrliyində qeydə alınıb. 31 yaşlı Elmir Rzayev "Opel" markalı avtomobillə köməkçi yoldan əsas yola çıxmaq istəyərkən hərəkətdə olan iki avtomobili vurub. Sürücü idarə etməni itirərək avtomobili əvvəlcə Bayıl qəsəbəsindən Bibiheybət istiqamətində hərəkətdə olan 42 yaşlı İsmət Nəcəfovun idarə etdiyi "QAZel" markalı yük maşınına, daha sonra 28 yaşlı Elgün Abdullayevin idarə etdiyi “Vaz-2107 ” markalı minik avtomobilinə çırpıb. Xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.
APA TV-nin xəbərinə görə, hadisə yerinə gələn yol patrul xidmətinin əməkdaşları avtobobilləri cərimə meydançasına, qəzanı törətmiş sürücünü isə polis bölməsinə aparıblar. İlkin ehtimallara görə qəzaya "Opel"in sürücüsünün avtomobili içkili idarə etməsi olub.
Faktla bağlı araşdırma aparılır.