Böyük Qafqaz dağlarında yanğın

Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yanğın olub. APA TV-nin məlumatına görə, yanğın gecə saatlarında Böyük Qafqaz sıra dağlarının Qax rayonunun Qaşqaçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Dəniz səviyyəsindən 1700 metr yüksəklikdə "Ayı yatağı" adlanan ərazidə naməlum  səbəblərdən başlayan yanğını söndürmək üçün Fövqaladə Hallar Nazırliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 29 nəfərdən ibarət heyəti yüksək dağlıq əraziyə yollanıb. Qax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin  əməkdaşlarının səyləri nəticəsində yanğının qarşısı alınıb.Yanğın nəticəsində  4 hektar ərazidə yabanı kolluq hissə yanıb,1 hektar ərazi isə yanğından mühafizə olunub.Yanğının böyüyərək meşə zolağına da keçməsinin qarşısı alınıb.

 

Faktla bağlı FHN-nin  Qax rayon DYMX-də  araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv