Qubada 38 yaşlı kişi bıçaqlandı

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Talabıqışlaq kənd sakini, 1976-cı il təvəllüdlü Süleymanov Bəhruz Faiq oğlu bıçaqlanıb. O, Quba Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəsarət alan şəxsə döş qəfəsinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.

 

Həkim Nurəddin Abdulrzayev deyib ki, sol döş qəfəsinin arxa səthində kəilmiş yara qeyd olunub və əməliyyata götürülüb.

 

Quba Rayon Polis Şöbəsindən verilən məlumata görə, hələlik hadisənin kim tərəfindən və hansı şəraitdə törədilməsi məlum deyil. Hadisəni törədən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

 

Müəllif | Apa.Tv
Vəli Turan