Moskvada DƏLƏDUZ ERMƏNİ "POLKOVNİK" TUTULUB

Moskva polisi dələduzluq edən Ermənistan vətəndaşını saxlayıb. Hüquq mühafizə orqanlarının yaydığı məlumata görə, o özünü insanlara polkovnik kimi təqdim edərək qurbanlarına müəyyən endirimlərlə mənzil, minik və yük avtomobilləri təklif edib. Bundan başqa o dövlət idarələrindəki müəyyən vəzifələrə və müxtəlif şirkətlərdə təhlükəsizlik xidmətinə işə düzəltmə ilə bağlı xidmətlərini də irəli sürüb.

 

APA TV-nin xəbərinə görə, 48 yaşlı Ermənistan vətəndaşı pulları aldıqdan sonra qaçıb. Polisin bildirdiyinə görə, 2012-ci ilin noyabrından 2013-cü ilin fevralına kimi saxta polkovnik yük maşınlarını qanunsuz satmaq işindən 4 milyon rubl qazanıb. Həmin şəxsin paytaxt ərazisində azı 15 belə fırıldaqçılıq hərəkəti etdiyi güman edilir. Axtarış zamanı onun qanunazidd əməllərini sübut edən sənədlər, o cümlədən dövlət qurumlarına məxsus möhür və ştamplar götürülüb. Dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
 

Müəllif | Apa.Tv