DSMF-da ötən ilin yekunları müzakirə edildi
"DSMF-nın banklarla birgə start verdiyi "səyyar bankomatlar" pilot layihəsi özünü doğrultmayıb. Bu səbəbdən sistem posterminal şəbəkəsinin inkişafı ilə əvəzlənib".
APA TV-nin xəbərinə görə, bunu DSMF sədri Elman Mehdiyev deyib: "Ötən il ölkədə qurulmuş ümumi nəğdsiz ödəniş terminallarının sayı 30 mini ötüb".
Fond sədri deyib ki, qurumun reallaşdırdığı "SMSinfo" xidməti uğurla fəaliyyət göstərib: "Xidmətin əhəmiyyəti ondan ibarətdir ki, pensiyalar maliyyələşdirildiyi anda bank "smsinfo" vasitəsi ilə istifadəçiyə məlumat verir. Bu da bankomatlar qarşısında yaranan növbə problenin həllinə təkan verir".
Fond sədri bildirb ki, işləyənlərin uçota alınması, iş yerlərinin qeydiyyatı və əmək haqlarının leqalaşdırılması, sığorta-pensiya sistemininin gəlirlərinin artımına bilavasitə təsir edən mühüm amildir.
DSMF-da 2013-cü ilin yekunları və qarşıda duran vəızifələrlə bağlı kollegiya iclası keçirilib. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki illə müqayisədə 200 yüz milyon manat artıb. İl ərzində prezident İlham Əliyevin pensiyaların artımını nəzərdə tutan iki sərəncamı icra olunub. Sərəncamların icrası nəticəsində əmək pensiyalarının baza hissəsinin məbləği 100 manata, orta aylıq məbləği isə 170,4 manata çatıb. İlin sonuna olan göstəricilərə əsasən, əmək pensiyalarının yaşa görə növü üzrə orta aylıq məbləğ 188, 4 manat təşkil edir.