16 yaşlı OĞLUNU YANDIRAN ATANIN MƏHKƏMƏSİ BAŞLADI

Bakı Ağır Cinayətlər Məhkəməsində 16 yaşlı oğlunun üzərinə benzin tökərək yandıran Aydın Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, dövlət ittihamçısı ittiham aktını elan edəndən sonra Aydın Mehdiyev ifadə verərək törətdiyi əməldən peşman olduğunu deyib. O bildirib ki, ailəsi onu evə buraxmadığı üçün əsəbiləşib və hadisəni törədib.

 

Proses fevralın 14-də davam etdiriləcək.

 

APA TV-nin xəbərinə görə, ötən il sentyabrın 10-da atası Buzovna qəsəbə sakini, 1997-ci il təvəllüdlü Nəciməddin Əsgərovun üstünə benzin tökərək yandırıb. A.Mehdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Sentyabrın 14-də N.Əsgərov xəstəxanada vəfat edib. A.Mehdiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirləndirilir.

 

 

Müəllif | Apa.Tv