"Mercedes"lər toqquşdu: 5 YARALI
Qazaxda ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə rayonun Qazaxbəyli kəndində qeydə alınıb. Sürət həddini aşan “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər yaralanıb. Dərhal hadisə yerinə gələn FHN-nin xilasetmə qrupu deformasiyaya uğrayan avtomobillərdən yaralıları xilas etməyə müvəffəq olub. Qəza nəticəsində hər iki avtomobilin sürücüləri də daxil olmaqla 5 nəfər ağır bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib. Zərərçəkənlərdən Gəncə şəhər sakini 24 yaşlı Ruslan Paşayev, Gürcüstan vətəndaşları Ayaz Əliyev və Rahib Vəliyev Qazax diaqnostika mərkəzinə, Qazax rayon sakinləri sürücü 48 yaşlı Natiq Allahverdiyev və 34 yaşlı Arzu Kərimov isə müxtəlif bədən xəsarətləri ilə Ağstafa rayon mərkəzi xəstəxanasina çatdırılıb.
Qəzanın baş vermə səbəbləri ilə bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.