Səhiyyə naziri vətəndaşları qəbul etdi

Səhiyyə naziri Oqtay Şirəliyev İmişli Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib. Bu barədə APA TV-yə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Oqtay Şirəliyev İmişli rayon sakinləri ilə yanaşı, Ağcabədi, Beyləqan, Xocavənd, Fizuli rayonundan olan 50-yə qədər sakini qəbul edib. Qəbulda vətəndaşların sağlamlıq problemləri, müalicə xərclərinin qarşılanması məsələləri, şikayət və  təkliflər, işlə təminat və sair müraciətlər dinlənilib. Bəzi müraciətləri yerində həll edilib, digər müraciətlərin baxılması üçün isə göstərişlər verilib.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı