Bakıda MEBEL SEXİ YANDI

Bakıda sex yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 325 kvadratmetr olan sexin 250 kv/m-i yanıb. Yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib. Sexin anbarı yanğından mühafizə olunub. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin səyi nəticəsində yanğın söndürülüb, başqa tikililərə keçməsinin qarşısı alınıb. Sexdə yumşaq mebel istehsal olunduğu bildirilir. Yanğının baş vermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı