Göyçayda qəza: 6 NƏFƏR YARALANDI

Göyçay rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə Göyçay-Alpoud yolunun 20-ci kilometrliyində, Mırtı kəndi ərazisində qeydə alınıb. Qaraxıdır kənd sakini Abdullayev Vüqar Adil oğlunun idarə etdiyi "23-BP-081" dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik maşını qarşı tərəfdən gələn Həsrətov Orxan Vaqif oğluna məxsus "36-71-AGF" nömrə nişanlı “QAZ 53” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində “VAZ 21011” markalı minik maşınının sürücüsü, eləcə də sərnişinlər- Abdullayeva Almarə Soltanəli qızı, Abdullayeva Samirə Seyfəddin qızı, Abdullayev Şəmistan Vüsal oğlu, Abdullayeva Gülanə Adil qızı, Abdullayeva Səlminaz Vüsal qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov