Havanın temperaturu 15 DƏRƏCƏYƏ YÜKSƏLƏCƏK

Yaxın 3 gündə ölkədə hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

ETSN-nin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə deyib ki, fevralın 12-də səhər saatlarında Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qar yağması müşahidə olunub: "Lakin belə hava şəraiti qısamüddətlidir. Artıq günün ikinci yarısından başlayaraq, havanın açılacağı, yağıntının tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu günorta saatlarında 5-9 dərəcə isti olacaq".

 

Bölgələrimizdə də yaxın 2-3 gündə əsasən, yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında duman olacağı da istisna olunmur. Şərq küləyi əsəcək: "Havanın temperaturunun Mərkəzi Aran rayonlarında 10-15 dərəcə isti, dağlarda isə günorta saatlarında 5-10 dərəcə isti müşahidə olunacaq".

 

Metroloqların məlumatına görə, bu günlərdə hava şəraitində mühüm dəyişiklik gözlənilmir.

 

Müəllif | Apa.Tv