Turizm sahəsində kadr hazırlığının vəziyyəti müzakirə olunub
“Azərbaycanda mədəniyyət və turizm sənayesi üçün kadr hazırlığı Təhsil Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən vahid konsepsiya əsasında həyata keçirilməlidir”.
APA TV-nin xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, bu sahədə bir çox yenilik nəzərdə tutulub. Bunların hamısının birgə müzakirəsi aparılacaq.
Ə. Qarayev xatırladıb ki, hazırda ölkədə teatrlar, muzeylər yenidən qurulur, bütün mədəniyyət mərkəzlərinə yeni texnologiyalar gətirilir. Kadr hazırlığının vacibliyinə diqqət çəkən nazir deyib ki, Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil ocaqları da bu sahədə nazirliklə birgə işləməyə hazırdır.
Təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, Azərbaycan Turizm İnstitutunda tətbiq olunan bir sıra təcrübələr, xüsusilə xarici universitetlərlə əməkdaşlıq digər təhsil pillələrində tətbiq olunmalıdır: "Azərbaycanda istər turizm, istərsə də mədəniyyət sahəsinin geniş və sürətlə inkişaf etməsini nəzərə alaraq, bu sahələrdə kadr hazırlıqlarının təkmilləşdirilməsi daimi diqqət mərkəzində olmalıdır".
Azərbaycan Turizim İnistutunda Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərərn təhsil müəssisələrində tədris prosesinin təşkili və təhsilin inkişafı üzrə Dövlət Stategiyası mövzusunda toplantı keçirilib.