Ukraynada 81 yaşlı ev sahibini öldürən AZƏRBAYCANLI YAXALANDI

Fevralın 5-də Dneprodzerjinskdə öldürən 81 yaşlı təqaüdçünün qatili tututlub. Bu, əvvəllər də narkotik saxlama və saxta əsginas düzəltmə maddələri ilə məhkumluq həyatı yaşamış 46 yaşlı Azərbaycan vətəndaşıdır. Həmin şəxs 2013-cü ilin oktyabrından təqaüdçünün evində kirayə qalıb. Gecə saat üçdə içkili vəziyyətdə olan həmin şəxslə yaşlı kişi arasında mübahisə yaranıb. O, təqaüdçüyə zərbələr endirib və daha sonra yaşlı kişini boğmağa başlayıb. Zərərçəkmiş şəxsin hərəkət etmədiyini görən azərbaycanlı onun üstünü örtərək hadisə yerindən qaçıb. Yerli polis bölməsində faktla bağlı cinayət işi başlanıb. Qəsddən adamöldürmə maddəsi ilə təqsirləndirilən şəxsi 7 ildən 15 ilə kimi azadlıqdan məhrumedilmə cəzası gözləyir.

 

APA TV-nin xəbərinə görə, istintaq zamanı o da məlum olub ki, Azərbaycan vətəndaşı Ukraynaya 1989-cu ildə gedib. Əvvəlcə şəxsi biznesi olub, daha sonra iflas edib. 

Müəllif | Apa.Tv