Qaxda yük maşınından silah tapıldı

Qax rayonunda yük maşınından odlu silah tapılıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Ağçay kəndi ərazisində hərəkətdə olan “Qazel” markalı yük maşınına baxış keçirilib. Avtomobilin salonundan 5,6 çaplı “TOZ 8” markalı yivli odlu silah  və  37 ədəd güllə aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, həmin silah maşındakı sərnişin, 1980-ci ildə Laçın rayonunda anadan olmuş, hazırda Şəki rayonunun Cuma kəndində məskunlaşan məcburi köçkün  İnşallah İbrahimovdur.

Qax RPŞ-nin müstəntiqi Ramil Mabudov da deyib ki, silah İnşallah Məmməd oğluna məxsusdur. 

Qax RPŞ-ə aparılan İnşallah İbrahimov müvafiq iltizam alındıqdan sonra yaşadığı ərazini tərk etməmək şərti ilə sərbəst buraxılıb. İlkin ehtimala görə, İnşallah İbrahimov Qax rayonu Ağçay kəndi ərazisinə ov etmək məqsədilə gəlib. Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov