Azərbaycanda ilk: 10 gənc rejissor film çəkib

"2013-cü ildə Azərbaycan filminin tarixində ilk dəfə olaraq, 10 gənc rejissor film çəkdi. Bunlardan 8-i qısametrajlı, 2-i isə tammetrajlı filmdir. Artıq bir çox xarici şirkətin marağına səbəb olub, bu filmlərin xaricdə yayımlanması üçün razılığıa gəlmişik, bu yaxınlarda müqavilə bağlanacaq". 

 

APA TV-nin xəbərinə görə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının 2013-cü il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, ötən il kino sahəsində 90 faiz yerli mütəxəssislərdən istifadə olunub. Onun sözlərinə görə, ötən il ərzində C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası film istehsalı ilə yanaşı, beynəlxalq layihələr çərçivəsində bir çox xarici şirkətlə təcrübə mübadiləsi aparılıb.

Almaniya, Rusiya, Türkiyə kinematoqrafçıları ilə birgə ekran əsərlərinin çəkildiyini və xarici ölkələrin Azərbaycan filminə marağının artığını vurğulayan kinostudiyanın direktoru kino haqqında yeni qanun layihəsinin və istehsalatın düzgün qurulması üçün yeni normativ sənədlərin hazırlandığını bildirib.
 

Tədbirdə kinostudiyada istehsal edilən yeni filmlər və layihələrlə jurnalistlərin sualları cavablandırılıb.

 

Müəllif | Apa.Tv