Türkiyəyə qanunsuz yolla gedən 7 həmyerlimiz saxlanılıb

Qanunsuz yolla Türkiyəyə keçmək istəyən 7 Azərbaycan vətəndaşı saxlanılıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, İqdır polisinin qanunsuz miqrantlarla bağlı keçirdiyi əməliyyat zamanı həmin şəxsləri qeyri-qanuni yolla ölkəyə aparan şəxs həbs edilib. Əməliyyat Türkiyə-İran sərhədində keçirilib. Həbs edilən şəxsin ilkin ifadəsi alındıqdan sonra növbətçi məhkəməyə göndərilib. 7 azərbaycanlı isə sərhəddən çıxarmaq məqsədi ilə İqdır polisinin əcnəbilərlə iş üzrə şöbəsinə göndərilib. 

Müəllif | Apa.Tv