Deportasiya edilən azərbaycanlılar 2025-ci ilədək Rusiyaya qayıda bilməyəcəklər
Rusiyadan deportasiya edilmiş azərbaycanlılar azı 2025-ci ilə kimi bu ölkəyə qayıda bilməyəcəklər. Rusiyaya getməklə bağlı qanunları pozan şəxslər üçün amnistiyanın həmin ilə kimi başlanması gözlənilmir. Bu barədə Federal Miqrasiya Xidmətinin İnsan Haqları üzrə Prezident Şurasına göndərdiyi rəsmi məktubda deyilir. Federal xidmət onu da qeyd edib ki, xarici təcrübədə bu kimi addımların mənfi nəticələnib.
APA TV xəbər verir ki, Federal Miqrasiya xidmətinin rəhbəri Konstantin Romodanovski qeyri-leqal miqrantlara qarşı amnistiya tətbiq etmək barədə qanunu məqsədəuyğun saymadığını dəfələrlə bəyan edib. Onun sözlərinə görə, 2007-2008-ci illərdə qanunsuz miqrantlara Miqrasiya xidmətinə gəlmək, cərimələrini ödəyərək yeni miqrasiya sənədi almaq təklif olunmuşdu. Ancaq təxminən 5 milyon insandan 2,2 min nəfəri gəlib.
Qanun Rusiya miqrasiya qanunvericiliyini pozan şəxslərin yenidən bu ölkəyə gəlmək qadağasının aradan qaldırılmasını nəzərdə tutur.