Ağdamda məcburi köçkün QAYNATASINI BIÇAQLADI
Ağdam sakini qayınatasını bıçaqlayıb. Hadisə məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsində baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, aralarında baş verən şəxsi münaqişə zəmnində 1979-cu il təvəllüdlü Şükürov Namiq Xosrov oğlu, qayınatası, 1951-ci ildə anadan olmuş Umudov Umud İslam oğlunu döş qəfəsindən bıçaqlayıb. Kürəkən bu əməli qonaq gəldiyi qayınatası evində törədib. Yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Namiq Şükürov Ağdam rayon Qalayçılar kəndindən məcburi köçkündür, hazırda Ağdam ərazisində Dördyol-1 qəsəbəsində yaşayır. O, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Bıçaq xəsarəti alan Umud Umudov isə Laçın rayonunun Şəlvə kəndindən məcburi köçkündür, Ağdam ərazisindəki Baharlı qəsəbəsində məskunlaşıb.
Faktla bağlı araşdırma aparılır.