Maşın yolayrıcına dəydi, sürücünü içəridən xilasedicilər çıxardı
Abşeron rayonu ərazisində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, “Opel” markalı minik avtomobili Ceyranbatan qəsəbəsində yol ayrıcısına çırpılılıb.
Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb və sürücü Tural Quliyev sıxılmış vəziyyətdə qalıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xilmətinin əməkdaşları cəlb edilib. Onlar xüsusi alət və avadanlıqlar vasitəsilə vətəndaşı avtomobildən çıxararaq hadisə yerinə çağırılmış əcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər və hadisə yerində müvafiq təhlükəsizlik tədbirlər görüblər. Avtomobildə olan sərnişin Elxan Verdiyev qəza zamanı heç bir xəsarət almayıb.
Hadisəni Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsi araşdırır.