Bakıda “Nissan” “Azsamand”a çırpıldı
Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yol qəzası Moskva prospektindә, 20 Yanvar metrosu yaxınlığındakı tuneldә qeydə alınıb.
“Nissan” markalı avtomobil “Azsamand” markalı maşını arxadan vurub. Hadisә nәticәsindә xәsarәt alan olmasa da, avtomobillәrә ziyan dәyib.
Qəzadan sonra tuneldә Xırdalan istiqamətində tıxac yaranıb.
Hadisә yerindә Yol Patrul Xidmətinin әmәkdaşları gəliblər. İlkin araşdırma nəticəsində məlum olub ki, hadisəyə səbəb olan "Nissan" markalı avtomobilin sürücüsü maşını sənədsiz idarə edirmiş. O, sənədlərini kiməsə verdiyini desə də, polis əməkdaşlarına özünü təqdim etməkdən yayındığından, yol polisi əməkdaşları sənədsiz sürücünün idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasına qərar veriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.