Pakistanda polis avtobusu partladıldı: 13 ÖLÜ, 36 YARALI

Pakistanda polis avtobusunun partladılması nəticəsində 13 nəfər ölüb. Hadisə ölkənin cənubunda qeydə alınıb. Avtobus Karaçi şəhərində tıcarət mərkəzinə yaxınlaşan zaman partlayış baş verib. Daha 36 nəfərin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Şahidlərin sözlərinə görə, kamikadze idarə etdiyi avtomobili polis avtobusunun üstünə sürüb. Bu zaman güclü partlayış baş verib.   

APA TV-nin xəbərinə görə, hələlik heç bir terrorçu qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib. Yerli mətbuat ölənlərin sayının artacağını istisna etmir. Buna səbəb avtobusda hadisədən əvvəl 55 nəfərin olduğu göstərilir. 

Müəllif | Apa.Tv