Türkiyədə HAKİM PARTİYANIN NAMİZƏDİ ÖLDÜRÜLDÜ
İstanbulun Bəylikdüzü rayonunda hakim Ədalət və İnkişaf Partiyası Mərkəzi Seçki Qərargahının binası qarşısında yerli sakin güllələnib. Türkiyə mətbuatının verdiyi xəbərə görə, silahlı basqın nəticəsində partiyanın Bəylikdüzü bələdiyyəsinin məclis üzvlüyünə namizəd Coşqun Dəmirqol ağır yaralanıb. Hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Coşqun Dəmirqol yaxın ərazidə yerləşən xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etməm mümkün olmayıb. Coşqun Dəmirqol həm də Qars, Ərdahan, İğdır üzrə Kültür və Həmrəyli dərnəyi sədrinin müavini olub. Qətli törədən şəxs artıq həbs edilib.
APA Tv-nin xəbərinə görə, baş verən hadisə ilə bağlı rayonunun hakim Ədalət və İnkişaf Partiyasının sədri Nevzat Demiröz açıqlama verərək bildirib ki, qətl şəxsi münasibətlər zəminində baş verib. Onun sözlərinə görə, hadisə Seçki Qərargahının fəaliyyətinə heç bir təsir etməyib və qərargahın qarşısı qəsdən seçilməyib.