Dağıstanda terrorçular məhv edilib
Rusiya hüquq-mühafizə orqanlarının Dağıstanda terrorçulara qarşı əməliyyatı davam edir. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyatçılar öncə Xasavyurt rayonunda yerləşən Bammatyurt kəndində evi mühasirəyə alıblar. İki yaraqlı ilə aparılan danışıqlardan sonra onlar silahı təhvil verərək təslim olublar.
Bammatyurt kəndində yerləşən digər evdə aparılan danışıqlar isə uğursuz alınıb. Silahlılar qarşı tərəfə atəş açıblar. Atışma zamanı yaraqlılar məhv edilib, evdən xeyli miqdarda silah götürülüb.
Xasavyurtda rayonun mərkəzində hüquq-mühafizə orqanlarının əməkdaşları Kizilyurt qruplaşmasının əmiri Əshəb Əshəbov və qruplaşmanın iki üzvünü məhv edib. Onların arasında 2005-ci ildən axtarışda olan 41 yaşlı Şüyxəhməd Baysuevdə var. "Foton" ləqəbli yaraqlı ötən Rusiya Federal Təhqiqatlar Bürosunun əməkdaşı Arslanbek Sulanbekovu öldürməkdə təqsirli bilinir.