Bağçalarda KÖRPƏLƏRƏ NƏ YEDİRDİRLƏR? - REYD

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Lənkəran ərazi idarəsi Lənkəranda fəaliyyət göstərən bağçalarda reydlərə başlayıb. APA TV-nin cənub bürosunun məlumatına görə, reydlərin keçirilməsində əsas məqsəd uşaq tərbiyə müəssisələrində ərzaq təchizatının və keyfiyyətinin vəziyyətinin yoxlanılmasından ibarət olub. Reydlər zamanı bağçalarda uşaqlar üçün ayrılan gündəlik qidaların menyuda göstərilməsinə baxmayaraq, onların heç birinə əməl olunmağı, həmçinin bişirilən yeməklərin içərisində bir tikə ətə belə rast gəlinmədiyi üzə çıxıb.

 

Bağçalarda uşaqlara verilən çörəklərin keyfiyyəti də standartlara uyğun olmayıb.

 

Aşkarlanan nöqsanlarla əlaqədar bağçaların müdiriyyətinə tələbnamə və iradnamələr veriliib. Tələbnamə və iradnamələrdə qeyd olunan müddəaların yerinə yetirilməsini öyrənmək məqsədi ilə idarə əməkdaşları qarşıdakı günlərdə həmin bağçalarda yenidən yoxlamağı planlaşdırırlar.

 

Müəllif | Apa.Tv